Baş səhifə / Dünya / Ölkə başçısının atasının adına olan fond İMKANSIZLARIN İŞIQ PULUNU ÖDƏDİ- İbrətamiz

Ölkə başçısının atasının adına olan fond İMKANSIZLARIN İŞIQ PULUNU ÖDƏDİ- İbrətamiz

Əhməd Kadırov adına xeyriyyə fondu Çeçenistandakı yoxsulların elektrik enerjisi üçün olan borclarını ödəyib.

Moderator24.com xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Müsəlmanlar üçün bu müqəddəs ayda, Rusiyanın Milli Qəhrəmanı Əhməd Hacı Kadırovun adına fondun prezidentinin qərarı ilə 3 minə yaxın yoxsul abunəçinin işıq üçün yaranmış ağır borclarıödənilib” deyə ölkə başçısı yazıb.

Bundan əlavə, Ramzan Kadırov fondun Suriyada icra etdiyi işləri də xatırladıb:

“Bütün müsəlmanlar üçün bu müqəddəs günlərdə Əhməd Kadırov fonduiblis dövləti tərəfindən xarabalıqlara çevrilmişSuriyanın Hələb şəhərində genişmiqyaslı xeyriyyə aksiyası keçirir. Şəhərin mərkəzi məscidində hər gün fond nümayəndələri tərəfindən sakinlərə iftar süfrələri açılır. Hər axşam 12-15 min müsəlman burada iftar qidaları qəbul edir. Eyni zamanda yoxsullara ərzaq və gündəlik ehtiyac əşyaları ilə yardımlar edilir…”

Sultan Laçın

Buna da bax...

Yeni “iPhone” smartfonlarının zərbəyə davamlılığı yoxlanıldı – VİDEO

“Apple” şirkətinin istehsal etdiyi “iPhone” Xs и Xs Max smartfonlarının zərbəyə davamlılığı yoxlanılıb. Oxu.az xəbər …