Baş səhifə / Gündəm / Rus-“Artsax” Dostluq Cəmiyyəti yaradıldı… – Təşkilat RF Konstitusiyası əsasında fəaliyyət göstərir…

Rus-“Artsax” Dostluq Cəmiyyəti yaradıldı… – Təşkilat RF Konstitusiyası əsasında fəaliyyət göstərir…

Rusiyada “Rus-“Artsax” Dostluq Cəmiyyəti” ictimai təşkilatı yaradılıb.

KarabakhTV” Rusiya mediasına istinadla xəbər verir ki, ermənipərəst və separatçılığa dəstək verməsi adından bəlli olan qurumun konkret harada və kimlər tərəfindən yaradıldığı barədə məlumat verilmir. Cəmiyyətin əsas məqsədinin “əcdadlardan üzü bəri gələn rus xalqı və “Artsax” erməniləri arasında dostluq əlaqələrinin inkişafı, Rusiya və “Artsax” arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi” , digər erməni-rus birgə qurumları ilə əməkdaşlıq və s. olduğu bildirilir. Təşkilatın rus-arsakh.ru saytı da fəaliyyət göstərir. Saytda qeyd edilir ki, Rus-“Artsax” Dostluq Cəmiyyəti Rusiya Federasiyası Konstitusiyası və mövcud qanunlar əsasında fəaliyyət göstərir…

P.S. Görəsən, bundan sonra Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətinin Azərbaycana hansısa fayda verəcəyi haqda yenə də danışan olacaq?..

Sultan Laçın

Buna da bax...

Nikolun Münhendə Xocalı yalanına Sərkisyanın cavabı

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında …