Baş səhifə / Cəmiyyət / Tovuzun işdən çıxarılan icra başçısı: “Nahara getmişdim, qayıdanda dedilər ki…”

Tovuzun işdən çıxarılan icra başçısı: “Nahara getmişdim, qayıdanda dedilər ki…”

Tovuz rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tofiq Zeynalov işdən çıxarılması haqda xəbəri musavat.com-a şərh edərkən deyib ki, sərəncam haqda ona elə indi məlumat veriblər:

“Nahar fasiləsindən qayıtdıqdan sonra eşitdim ki, vəzifədən azad edilmişəm. Allah cənab prezidentdən razı olsun. Şübhəsiz ki, islahatlar davam etdirilməlidir. Yeni kadrlar gəlməlidir. Bizə tapşırılan bu vəzifəni yerinə yetirdik, bizdən sonra gələnlər də, inanıram, yüksək səviyyədə işlərinin öhdəsindən gələcəklər”.

* * *14:33

Bu gün prezident İlham Əliyev daha bir rayonun icra hakimiyyəti başçısının işdən azad edilməsinə dair sərəncam verib.

Prezidentin rəsmi saytında dərc edilmiş sərəncama əsasən Tovuz rayon İcra Hakimiyyətinin basmışı Tofiq Zeynalov vəzifədən azad olunub.

Prezidentin digər sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, Tofiq Zeynalov DYP-nin rəisi, general Ramiz Zeynalovun qardaşıdır və uzun illərdir Tovuz rayonuna başçılıq edirdi.

Ötən gün prezident Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovu işdən azad edib, habelə Binəqədi rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsinə təyinat həyata keçirib.

Buna da bax...

“Rusiya artıq Odessanı da ələ keçirdi…”-Ukrayna deputatı

Rusiya nəşri:”Qədim rus şəhəri tədricən təmizlənir…” “İndi Odessada baş verənlər yalnız Rusiyanın şəhəri tam miqyasda …