Baş səhifə / Cəmiyyət / Keçmiş “Milli Təhlükəsizlik Xidməti” rəhbərinin oğlu HƏBS EDİLDİ…

Keçmiş “Milli Təhlükəsizlik Xidməti” rəhbərinin oğlu HƏBS EDİLDİ…

Işğalaltındakı Xankəndində iyunun 2-dən başlayaraq separatçı rejimə qarşı etiraz aksiyalarına səbəb olmuş dava ilə əlaqədar 4 nəfər həbs olunub.

Moderator24.com xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri özünü “baş prokurorluq” hesab edən quruma istinadla məlumat yayıb.

Xəbər verildiyi kimi, 1 iyun tarixində saat 19:15 radələrində Xankəndində Baqramyan 2b ünvanında bir tərəfdən David Arutyunyan və Albert Avetisyan, digər tərəfdən Mqer Musaelyan (təhlükəsizlik xidməti), Mxitar Musaelyan, Sergey Musaelyan, Qurgen Ayrapetyan və Vardan Qaramyan(təhlükəsizlik xidməti) arasında mübahisə yaşanıb. Tərəflər bir-birlərinə zərbələr vuraraq bədən xəsarətləri yetiriblər.
İyunun 4-dək Xankəndi keçirilmiş kütləvi etiraz aksiyalarından sonra rejimin bir neçə “naziri”, o cümlədən “Milli Təhlükəsizlik Xidməti”nin rəhbəri istefa verib.

Hadisə ilə bağlı qaldırılmış “cinayət işi” əsasında Mxitar Musaelyan, Sergey Musaelyan, Qurgen Ayrapetyan və Vardan Qaramyan həbs ediliblər.

Qeyd edilir ki, Vardan Qaramyan qondarma rejmin keçmiş “Milli Təhlükəsizlik Xidməti”nin rəhbəri Arşavir Qaramyanın oğludur.

Sultan Laçın

Buna da bax...

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib – FOTOLAR

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib. Moderator.az-ın məlumatına görə, dəfn mərasimi …