Baş səhifə / Cəmiyyət / “Bizim dini rəhbərimiz “KQB” tərəfindən, zorla seçilib…” –Kütləvi etiraz (Video)

“Bizim dini rəhbərimiz “KQB” tərəfindən, zorla seçilib…” –Kütləvi etiraz (Video)

Xəbər verildiyi kimi, Ermənistanda dini rəhbərliyə qarşı da etiraz aksiyaları başlayıb.

Dünən, iyunun 6-da “Yeni Ermənistan, yeni katolikos” milli kilsə hərəkatı, bütün ermənilərin katolikosu II Qareginin istefası tələbi ilə Katohike və Müqəddəs Anna kilsələrinin həyətində etiraz aksiyası keçirib.

Moderator24.com xəbər verir ki, bu haqda işğalçı ölkə mediası məlumat yayıb.

“Katolikosumuzun hər bir adi möminin Allaha qarşı hiss etdiyi inancı yoxdur. Kilsə üçün azadlıq, təmizlənmə vaxtı gəldi və ibadət edən və inanclıları sevən, təmiz, qüsursuz bir patriarxımız olmalıdır… Bizim dini rəhbərimiz isə “KQB” tərəfindən,zor gücünə seçilib… “, – deyə Surb Hayane monastrının rəhbəri, ieromonax Koryun Arakelyan bildirib.

Eçmiədzin rəhbərliyindən II Qareginin görüşə hazır olması haqda razılıq verilsə də, etirazçıların tələbi qətidir: katolikosun adı ləkələnib, o dərhal istefa verməlidir…

Mitinqdə II Qareginin dəbdəbəli həyatı, biznesi barədə məlumatlar səsləndirilib. Xaricdəki erməni diasporu tərəfindən də katolikosa qarşı aksiyalara dəstək verildiyi bildirilir.

Sultan Laçın

Buna da bax...

Tələbələr dəhşətli qəzaya düşdü: ölənlər var – FOTO/VİDEO

Rusiyanın Krasnoyarsk vilayətində çox sayda insanın həlak olduğu ağır yol hadisəsi baş verib. Teleqraf.com Rusiya …