Baş səhifə / Dünya / Kraliça təzə gəlindən narazıdır: Bəylə gəlinin şəkillərini qonaq otağından çıxartdırdı…

Kraliça təzə gəlindən narazıdır: Bəylə gəlinin şəkillərini qonaq otağından çıxartdırdı…

Keçən ay “ilin toyu” kimi yaddaşlarda qalan şahzadə Harri ilə Meqan Marklın toyundan sonra da cütlüyün həyatı, onlarla baş verənlər hələ də diqqət mərkəzindədir.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, karliçanın şahzadə nəvəsinin seçimindən məmnun olmadığı toy günündə də, bu günlər də qonaqlar üçün audensiya otağında özünü göstərib.

Böyük Britaniya kraliçası II Yelizaveta şahzadə Harri ilə Meqan Marklın şəklini bir həftədən sonra qonaqların qəbul olunduğu otaqdan götüzdürüb. Kraliça audensiya otağına asılan şəkilləri özü seçir, tez-tez yerlərini dəyişir, bəziləri həmişəlik göz önündə olur.

Jurnalistlər hesab edir ki, o bununla qohumlarına öz münasibətini bildirir.

Britaniyalılar kraliçanın təzə gəlin Meqan Markla olan soyuq münasibətini ilk dəfə sezmirlər.Mart ayında şahzadə Harrinin nikahına razılıq verəndə o gəlini yalnız adı ilə çağırmaqla kifayətlənib. Amma, şahzadə Uilyamın gəlinini kraliça ”sədaqətli və çox sevimli Keyt Middlton”-deyə çağırmışdı.

Qeyd edək ki, nəvələrin anası şahzadə Diananın ölümündə karliçanın da əli olduğu barədə uzun müddət söz-söhbətlər gəzmişdi.

Buna da bax...

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib – FOTOLAR

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib. Moderator.az-ın məlumatına görə, dəfn mərasimi …