Baş səhifə / Cəmiyyət / “Günnütün azad edilməsi Ermənistan ordusunda həbslərlə nəticələnə bilər”

“Günnütün azad edilməsi Ermənistan ordusunda həbslərlə nəticələnə bilər”

Məlum olduğu kimi, Azərbaycan ordusu Günnüt kəndini düşmən işğalından azad edib.

Ordumuzun bu uğuru eyniylə 2016-cı ilin aprel olaylarında olduğu kimi, düşmən ordusunda, Silahlı Qüvvələrində yeni istefa və qovulmalara səbəb ola, Ermənistan ordusundakı gərginliyi bir qədər də artıra bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Arzu Nağıyev bu olayın düşmən ordusunda hətta həbslərə belə yol aça biləcəyini vurğuladı:

“Ermənistanın hərbi rəhbərliyinin sosial şəbəkələrdə yaydığı təzadlı məlumatlar ondan xəbər verir ki, doğrudan da düşmən tərəfində “panika” yaşanmaqdadır. Qarşı tərəfdə bir gərginlik var. Günnütün Azərbaycan ordusu tərəfindən azad edilməsi ilə bağlı erməni tərəfi təkziblə çıxış etməyib. Əksinə, Ermənistanın özündə bunu təsdiqləyən mənbələr var. Görünən odur ki, Ermənistan ordusunun yeni rəhbərliyi son olaylarla bağlı məsuliyyətdən yayınmağa çalışır.

Hesab edirəm ki, Ermənistanda bu məsələ baş nazir səviyyəsində müzakirə oluna bilər. Təhlükəsizlik Şurasının da iclası keçirilə bilər. Günnütün ordumuz tərəfindən azad edilməsi Ermənistan ordusunda sadəcə istefalarla deyil, həm də həbslərlə nəticələnə bilər. Ona görə də Ermənistan hərbi rəhbərliyi sosial şəbəkələrdə bunu müxtəlif rakurslardan təqdim etməyə çalışır”.

Seymur Əliyev

Buna da bax...

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib – FOTOLAR

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib. Moderator.az-ın məlumatına görə, dəfn mərasimi …