Baş səhifə / Dünya / Məktəblilər arasında dəstəmaz və namaz müsabiqəsi keçirildi – İbrətamiz (Fotolar)

Məktəblilər arasında dəstəmaz və namaz müsabiqəsi keçirildi – İbrətamiz (Fotolar)

Moderator24.com xəbər verir ki, Dağıstan Respublikası Axvax rayonunun inzibati mərkəzi olan Karata kəndində məktəblilər arasında ən yaxşı dəstəmaz almaq və namaz qılmaq üzr rayon müsabiqəsi keçirilib.

İki yaş qrupunda – I-V siniflər və VI-XI sinif şagirdləri arasında baş tutan müsabiqədə rayonun bütün məktəblərindən məktəbli oğlan və qızlar iştirak ediblər. Müsabiqənin sonunda Axvax rayonunun imamı Axmad Kurayev iştirakçılara müraciət edərək belə tədbirlərin keçirilməsinin vacibliyi barədə danışıb.

“Bu yarışmada məğlub yoxdur, hər biriniz qalibsiniz, çünki siz qiymətli biliklər əldə etdiniz. Buna görə də sizi təbrik edirəm”,-deyə din xadimi çıxışında bildirib.

Bundan sonra imam müsabiqənin qalibləri və mükafatçılarına pul mükafatlarını təqdim edib.

Sultan Laçın

Buna da bax...

Yeni “iPhone” smartfonlarının zərbəyə davamlılığı yoxlanıldı – VİDEO

“Apple” şirkətinin istehsal etdiyi “iPhone” Xs и Xs Max smartfonlarının zərbəyə davamlılığı yoxlanılıb. Oxu.az xəbər …