Baş səhifə / Cəmiyyət / “İyunun 12-dən 24-dək Qarabağdakı təmas xəttində ən təhlükəli dövr olacaq…”

“İyunun 12-dən 24-dək Qarabağdakı təmas xəttində ən təhlükəli dövr olacaq…”

Erməni baş redaktor bunu Türkiyədə seçkilərin başlanması və TANAP boru qaz kəmərinin açılışıyla əlaqələndirir…

“Ermənistan dərhal Dağlıq Qarabağla hərbi ittifaq bağlamalıdır”.

Moderator.az xəbər verir ki, bunu “Novosti-Armeniya” nəşrinə müsahibəsində “Realist” xəbər agentliyinin baş redaktoru Sarkis Saturyan bildirib.

“Bu hərbi ittifaq bağlanarsa, yeni Paşinyan hökuməti Xankəndi ilə hərbi sazişin imzalanmasını vəd edib ancaq bunu yerinə yetriməyən Serj Sərkisyanın səhvini düzəltmiş olar. İkincisi, iki erməni dövləti arasında hərbi saziş Dağlıq Qarabağa qarşı növbəti təcavüzə hazırlaşan Bakı və Ankaranı ayıldar” – deyə jurnalist bildirib.

Saturyan hesab edir ki, İrəvan və Xankəndi arasında əlaqələrin rəsmiləşdirilməsi eyni zamanda Xəzər dənizi hövzəsində ABŞ və Böyük Britaniyanın neft və qaz maraqlarına uyğun olaraq Qarabağda sabitliyin pozulmasına çalışan beynəlxalq qüvvələrə bir siqnal olacaq. Onun fikrincə, Qarabağdakı təmas xəttində ən təhlükəli dövr iyunun 12-dən iyunun 24-dək olacaq. Erməni jurnalist bunu həmin vaxt Türkiyədə seçkilərin başlanması və TANAP boru qaz kəmərinin açılışı ilə əlaqələndirir…”

Sultan Laçın

Buna da bax...

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib – FOTOLAR

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib. Moderator.az-ın məlumatına görə, dəfn mərasimi …