Baş səhifə / Dünya / Tramp və In razılığa gəldi

Tramp və In razılığa gəldi

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Sinqapurda keçirilən ilk ikitərəfli sammitin sonunda sənədlər imzalayıblar.

Bununla bağlı “Reuters” məlumat yayıb.

İmzalanma mərasimindən sonra Tramp bildirib ki, bu sənədlərin hazırlanması xoşməramlı xarakter daşıyıb və bundan sonra ABŞ və KXDR arasındakı münasibətlər tamam başqa müstəvidə inkişaf edəcək.

O, imzalanmış sazişləri “mühüm və ədalətli” adlandırıb və bildirib ki, bu sənədlər “böyük və təhlükəli problemi” həll etməyə qadirdir.

Bundan başqa, Tramp deyib ki, Şimali Koreya liderini Ağ Evə dəvət etməyə hazırdır.

Kim Çen In tarixi görüşə görə Trampa təşəkkür edib və qeyd edib ki, tərəflər “keçmişi geridə qoymaq” qərarına gəlib.

İmzalanmış sənədlərlə bağlı təfərrüat açıqlanmır. (oxu.az)

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …