Baş səhifə / Cəmiyyət / Xankəndidə müxalifət yeni etiraz aksiyalarına başladı – FOTO

Xankəndidə müxalifət yeni etiraz aksiyalarına başladı – FOTO

Erməni silahlı qüvvələrinin işğalı altındakı Xankəndidə müxalifət yeni etiraz aksiyalarına başlayıb.

Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, dinc etiraz aksiyasını “Milli Dirçəliş” partiyasının lideri, “deputat” Ayk Xanumyan təşkil edib. O çıxışında bildirib ki, Qarabağın regionlarında “ölkə” problemlərinin mövcud mahiyyətini anlatmaq üçün ictimaiyyətlə müzakirələrə başlanılıb.

“Bir neçə gün əvvəl “prezident” Saakyan 2020-ci ilədək keçiriləcək növbəti “prezident seçkilər”ində iştirak etməyəcəyini bildirib. Sizi əmin edirəm ki, bu, ictimai təzyiqlərin nəticəsidir və biz gələcəkdə digər avtoritar təzahürlərin da qarşısını ala bilərik”, – A. Xanumyan vurğulayıb. Müxalifətçi “deputat” etiraz mitinqlərini davam etdirəcəklərini söyləyib və tezliklə Bako Saakyanın istefasının tələbi ilə sosial təzyiq tədbirləri keçiriləcəyini bildirib.

Xəbərdə qeyd edilir ki, iyunun əvvəlində Xankəndidəki etirazların təşkilatçı və iştirakçılarından heç kəs, eləcə də digər müxalif hərəkat və partiyalar A.Xanumyanın təşkil etdiyi aksiyaya qatılmayıb.

Sultan Laçın

Buna da bax...

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib – FOTOLAR

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib. Moderator.az-ın məlumatına görə, dəfn mərasimi …