Baş səhifə / Dünya / Bu gənc qadının işinin nə olduğunu bilənlər qibtə edir: Uzanaraq pul qazanır (Video)

Bu gənc qadının işinin nə olduğunu bilənlər qibtə edir: Uzanaraq pul qazanır (Video)

İngiltərəli Ieva Baradouska adlı qadının işinin nə olduğunu biləndə eşidənlər ona qibtə ilə baxırlar. 32 yaşlı gənc qadın elə bir iş görür ki, ildə 75 min funt-sterlinq qazanır. Gənc qadının işi təkcə yataqların rahatlığını yoxlamaqdan ibarətdir.

Moderator24.com türk mətbuatına istinadən xəbər verir ki, İngiltərədə yaşayan Ieva Baradouska rahatlıq mütəxəssisidir. İşinin məzmunu isə çalışdığı firmanın istehsal etdiyi yataqların keyfiyyətini yoxlamaqdır. Qadın bu yataqlarda yatır və firmaya yataqların keyfiyyətinə, rahat olub olmadığına dair məlumatlar verir. Firma ona görə Baradouskanın verdiyi məlumatlar əsasında məhsullarda dəyişiklik edir, ya da etmir.

Ieva Baradouska uşaq yataqlarını da test edir və “Yuxunun iş yerində fəal təşviq edildiyi peşə mənim peşəmdir” deyir.

Baradouska yeni məhsullar sınamaq üçün Sinqapur, ABŞ və Yaponiya kimi bir çox ölkələrə də səyahət edir.

Kamran

Buna da bax...

ABŞ-ın hərbi hava qüvvələrinin şahı “havada qalıb”: F-35-lərə müştəri tapılmır…

ABŞ-ın hərbi hava qüvvələrinin şahı hesab edilən, ən müasir texnologiyalar əsasında istehsal edilən F-35 qırıcıları …