Baş səhifə / Cəmiyyət / “Qarabağ müharibəsinin taleyini raket sistemləri həll edəcək”

“Qarabağ müharibəsinin taleyini raket sistemləri həll edəcək”

Tofiq Abbasov: “Bu baxımdan Azərbaycanın Ermənistan qarşısındakı üstünlüyü durmadan artır”

Ölkəmizin Rusiya, Belarus və İsraildən aldğı yeni raket sistemləri, bu sistemlərin müdafiə və hücum sistemləri kimi əhəmiyyəti son vaxtlar media və cəmiyyətdə ən çox müzakirə edilən məsələlərdən biridir. Azərbaycanın bu günə qədər də müxtəlif xarici dövlətlərdən müasir tələblərə cavab verən, yüksək dağıdıcılıq gücünə malik raketlər aldığı hər kəsə məlumdur.

Maraqlıdır, ölkəmizin çoxsaylı raket sistemləri ilə silahlanması onu söyləməyə əsas verirmi ki, Qarabağ uğrundakı növbəti müharibənin mahiyyəti, xarakteri I Qarabağ müharibəsindən əsaslı dərəcədə fərqli olacaq və bu müharibənin taleyini məhz raket sistemləri həll edəcək?

Moderator.az -a açıqlama verən politoloq Tofiq Abbasov bu qənaəti bölüşdüyünü vurğuladı:

“Təbii ki, elədir. Müharibələrin keyfiyyəti, silah-sursatın kəmiyyəti ilə bağlı təsəvvürlər köklü surətdə dəyişməkdədir. Bu gün bu cür fikilər var ki, müasir müharibələrdə tanklar, onların sayı elə də əhəmiyyət kəsb etmir. Əksinə, onları dəf edəcək raketlərin keyfiyyəti, atəş məsafəsi daha mühüm önəm kəsb edir. Bu baxımdan Azərbvaycanın Ermənistan qarşısındakı üstünlüyü durmadan artır.

Doğrudur, Ermənistan da silah-sursat alır. Onlar bunu əsasən Rusiyadan aldıqları kreditlər hesabına edir. Ancaq keyfiyyət və kəmiyyət baxımından Ermənistan ölkəmizdən xeyli dərəcədə geridədir. Azərbaycan çoxçeşidli silah-sursata malikdir və bu silahların hamısı müasirdir. Azərbaycan ordusunda döyüş əhval-ruhiyyəsi də yüksəkdir. Odur ki, Azərbaycan ordusunun müharibənin taleyini qısa zamanda həll edəcəyi şübhəsizdir”.

Seymur Əliyev

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …