Baş səhifə / Cəmiyyət / Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkdi-Fotolar

Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkdi-Fotolar

Ermənistan prezidenti Armen Sarkisyanın ardnca işğalçı ölkənin baş naziri Nikol Paşinyan da işğal altındakı Azərbaycan torpaqlarında kilsəyə baş çəkdi.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Müdafiə naziri Davit Tonoyanla birgə iyunun 16-ı səhər saatlarında yenə də helikopterlə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gələn Nikol Paşinyanilk növbədə Xocavənd rayonunun Çartar kəndində yeni tikilən “Surb Vardanak” kilsəsini ziyarət edib. O, separatçı rejimin başçısı Bako Saakyan və rejimin keşişi Parqev Martirosyanın müşayiəti ilə kilsənin açılış mərasiminə qatılıb. Məlumatı Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeğoyan təsdiq edib.

 

Xəbərdə qeyd edilir ki, sözügedən kilsə 2014-cü ildən əslən Çartar kəndindən olan Rusiya iş adamı Vladimir Avaqyanın maliyyəsi hesabına tikilib.

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …