Baş səhifə / Cəmiyyət / Paşinyan Ağdamın səngərlərinə girdi – FOTO

Paşinyan Ağdamın səngərlərinə girdi – FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı cəbhənin təmas xəttində olub.

Bu barədə Paşinyanın Mətbuat Xidməti məlumat yayıb.

Ona mühəndislik və bərkidici infrastrukturların, eləcə də etibarlı müdafiəni reallaşdırmağın yeni texnologiyaları təqdim edilib.

Paşinyanı səfəri zamanı qondarma rejimin rəhbəri Bako Saakyan, Ermənistanın müdafiə naziri David Tonoyan, Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan, Ermənistan Baş Qərargahının baş inspektoru Movses Akopyan, qondarma rejimin “müdafiə naziri” Levon Mnatsakanyan müşayiət ediblər.(virtualaz.org)

Buna da bax...

Bakı metrosunda növbəti geyim qalmaqalı – Müdaxilə edən şəxs döyüldü – VİDEO

Bakı metrosunda növbəti dəfə qalmaqal yaşanıb. Moderator24.com Minval.info-ya istinadən xəbər verir ki, bu dəfə də …