Baş səhifə / Cəmiyyət / Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin ilk təşəbbüsçüsü öldü

Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin ilk təşəbbüsçüsü öldü

Moderator24.com xəbər verir ki, “Qarabağ” komitəsini yaradan və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin ilk təşəbbüsçülərindən olan İqor Muradyan bu gün-iyunun 17-də öldü.

ABŞ-da müalicə olunan Muradyan bir neçə gün əvvəl İrəvana gətirilmişdi. Xatırladaq ki, İqor Muradyan 1988-ci ilin iyun ayında Xanlar ( indiki Göy-göl) rayonun Çaykənd kəndində Dövlət Təhlükəsizliyi Komitəsi Gəncə şəhər şöbəsinin keçirdiyi əməliyat nəticəsində tutulmuş, lakin Moskvanın təzyiqi ilə Moskvaya aparılmışdır. Moskvada formal olaraq 3 gün saxlanmış, sonra azadlığa buraxılmışdı.

İqor Muradyan indiki baş nazir Paşinyanın ideoloqlarından biri idi. O Ermənistanın Rusiyanın təsirindən uzaqlaşıb, Qərbə yönəlik siyasət yeritməsini israrla tələb edən şəxs olub. Azərbaycanla müharibənin qaçılmaz olduğunu hər zaman söyləyən İqor Muradyan deyirdi: “Ermənistan müharibəni Rusiyanın müttəfiqi kimi uduzmalı və ABŞ-ın tərəfdaşı kimi qalib gəlməlidir”.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …