Baş səhifə / Cəmiyyət / Qarabağda əcnəbi cütlük toy libasında separatçı rejimdən “viza” almağa gəldi – FOTO

Qarabağda əcnəbi cütlük toy libasında separatçı rejimdən “viza” almağa gəldi – FOTO

İyunun 19-da Azərbaycanın işğal altındakı Xankəndi şəhərində əcnəbi qadın və kişi toy libasında qondarma rejimin “xarici işlərlə” məşğul olan qurumunun “konsulluq” bölməsinə viza almağa gəliblər.

Moderator24.com yazır ki, separatçı nəşrlərin verdiyi xəbərə görə, bu haqda məlumatı sözügedən saxta qurum öz “Tvitter“ səhifəsində paylaşıb. Məlumatda qeyd olunub ki, bu, ilk belə olaydır. Görkəmlərindən daha çox Çin, yaxud Yaponiya sakinlərinə bənzəyən, əllərində qondarma qurumun bayrağını tutmuş əcnəbilərin konkret ad-soyad və vətəndaşlıqları açıqlanmır.

P.S. Yəqin ki, Azərbaycan Xarici İşlər Nazirliyi separatçı rejimin növbəti hoqqasının nədən ibarət olduğunu aydınlaşdıracaq.

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …