Baş səhifə / Cəmiyyət / Avropa parlamentinin belçikalı üzvü tamamilə erməniləşdi – FOTO

Avropa parlamentinin belçikalı üzvü tamamilə erməniləşdi – FOTO

Azərbaycan XİN-in “qara siyahısı”nın məşhur üzvlərindən olan Avropa parlamentinin deputatı Frank Engel soyadının sonuna erməni “yan” şəkilçisini əlavə edərək tam erməniləşib.

Moderator24.com xəbər verir ki, bu haqda “Sputnik Armeniya” məlumat yayıb. Bir müddət öncə erməni qızı Tatev Manukyanla evlənmiş belçikalı deputat soyadını arvadınınkıyla uyğunlaşdırmaq qərarına gəlib. Artıq cütlüyün Brüseeldəki qərargahının qapısına ermənicə “engelyanlar” (“Էնգելյաններ”), yazılıb. Bu barədə Ermənistan XİN-in mətbutat katibi Tiqran Balayan özünün “Tviitter” səhifəsində yazıb.

Xatırladaq ki, toyunu İrəvanda keçirdən qatı ermənipərəst deputat Frank Engel “bal ayı”nı düz bir ay müddətində Azərbaycanın işğal altındakı torpaqlarında qeyd edib.

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …