Baş səhifə / Cəmiyyət / Milli Qəhrəmanımızın kəndində erməni balaları təzə məktəbdə təhsil alacaq…-Fotolar

Milli Qəhrəmanımızın kəndində erməni balaları təzə məktəbdə təhsil alacaq…-Fotolar

25-ci ildir işğal altında qalan Qubadlı rayonunun Qazyan kəndində yaşayan erməni uşaqları bu tədris ilindən yeni tikilmiş məktəb binasında təhsil alacaqlar.

Moderator24.com yazır ki, bu haqda Xankəndindəki separatçı nəşrlər xəbər yayıb.

132 şagird üçün nəzərdə tutulmuş məktəbin tikintisi 2014-cü ildə başlanıb. Qondarma rejimin 4 il ərzində ordan-burdan dilənməklə çətinliklə tikib başa çatdırdığı bina faktiki iki mərtəbəli olsa da, məlumatda “zirzəmisi və mansard çardağı da daxil olunmaqla tipik dördmərtəbəli bina” kimi təqdim edilib. Məktəbdə hər cür kommunal şərait yaradılacağı bildirilib. İstiliyi təmin etmək üçün yalnız məktəb binasına aid olan qazanxana da tukilib. Məktəb 2018-ci ilin sentyabrında erməni şagirdlərin tam istifadəsinə veriləcək.

Qeyd edək ki, Qazyan kəndi şəhid Milli Qəhrəman Əliyar Əliyevin doğma kəndidir. 1993-cü ili avqustunda kəndin işğalından sonra ermənilər Azərbaycanın bu yaşayış məntəqəsinə torpaqlarımızın işğalı zamanı gəbərmiş Aykazyan soyadlı bir erməninin adını veriblər.

Xatırladaq ki, Qubadlıda tabor komandiri olmuş Əliyar Əliyev 1992-ci il oktyabrın 3-də Laçının azad edilməsi uğrunda döyüşlərdə, Laçın rayon mərkəzinin 10-12 km-də həlak olub.

Allah Qəhrəmanııza rəhmət eləsin və Qazyan kəndində Azərbaycan balalarının təhsil alacağı günü görməyi bizlərə nəsib etsin!

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …