Baş səhifə / Cəmiyyət / Kəlbəcərdə “rayon”un yeni başçısı təqdim edildi…- Foto

Kəlbəcərdə “rayon”un yeni başçısı təqdim edildi…- Foto

Xankəndindəki qondarma separatçı rejimin oyuncaq lideri Bako Saakyan dünən –iyunun 22-də Azərbaycanın 25 ildən çoxdur ki, işğal altında qalan Kəlbəcər rayon mərkəzinə səfər edib.

Moderator24.com xəbər verir ki, bu haqda separatçı qurumun mətbuat xidməti məlumat yayıb. B.Saakyan Kəlbəcərdə rəsmi tədbir keçirib. Tədbirdə “Şaumyan rayonu”nun keçmiş başçısı Arut Mnatsakanyan vəzifəsindən azad edilib. Yeni başçı isə Qaqik Martirosyan təyin edilib. B.Saakyan yeni başçını təqdim edərək ona işlərində uğurlar diləyib.

Xatırladaq ki, Kəlbəcər rayon mərkəzi işğaldan sonra ermənilər tərəfindən “Karvaçar” adlandırılsa da, separatçıların “inzibati bölgüsü”nə görə Kəlbəcər rayon ərazisi Azərbaycanın Göygöl və Goranboy rayonlarının da bir hissəsi (ermənilərin “Getaşen” adı verdikləri və 1991-ci ildə erməni quldurlarından azad edilmiş Gülüstan, Çaykənd və s. kəndləri) ilə birlikdə “Şaumyan rayonu” nun “tərkibinə daxil edilib”.

Yəni ermənilər eyni zamanda dünya ictimaiyyətinə keçmiş Göygöl və Goranboy rayonlarının sözügedən hissələrini “Azərbaycan tərəfindən işğal edilmiş erməni əraziləri” kimi təqdim edirlər…

P.S. Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, ermənilərin nəzarətində olan digər bölgələrimiz kimi, Kəlbəcər rayonunda yaşayan erməni əhalinin faktiki başçısı da qondarma separatçı rejim tərəfindən təyin olunmuş erməni şəxslərdir. Əgər bununla razılaşmaq istəmiriksə, torpaqlarımızı işğaldan azad etməliyik…

Sultan Laçın

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …