Baş səhifə / Cəmiyyət / “Serj Sərkisyan Qarabağ məsələsi üzrə xüsusi elçi təyin edilə bilər…” – Paşinyanın müşaviri

“Serj Sərkisyan Qarabağ məsələsi üzrə xüsusi elçi təyin edilə bilər…” – Paşinyanın müşaviri

“Bu mərhələdə Paşinyanla İlham Əliyevin görüşü planlaşdırılmır…”

Ermənistan Baş nazirinin xarici siyasət üzrə müşaviri Arsen Xaratyan sabiq prezident Serj Sərkisyanın Qarabağ münaqişəsi ilə bağlı danışıqlara cəlb olunma ehtimalını istisna etməyib.

Moderator24.com xəbər verir ki, müşavir bunu Ermənistan İctimai Televiziyasına açıqlamasında bəyan edib.
“Gün gələcək, bəlkə də Serj Sərkisyan Qarabağ məsələsi üzrə xüsusi bir elçi kimi çıxış edəcək. Kim bilir? Mən ictimaiyyətin maraqlarına aid olan məsələlərdə kimsənin iştirakını istisna etmirəm. Əgər bununla bağlı ictimai konsensus varsa və məhz bu şəxsin bu yerdə lazım olduğu görünürsə…”- deyə A.Xaratyan bildirib.

“Ermənistanda Qarabağla bağlı danışıqlar prosesinə yaxından bələd olan az adam var. Keçmiş diplomatlar yoxdur”-deyə Xaratyan əlavə edib.

“Hər hansı bir görüşdə Sərkisyanın baş nazir Nikol Paşinyanı müşayiət edə biləcəyini düşünmək olarmı?” sualına erməni müşavir belə cavab verib: “Heç kim bir ay, bir il və ya beş il sonra nə baş verəcəyini bilmir…”

“Vəziyyət elə dəyişə bilər ki, bu insanların bilik və təcrübəsi tətbiq edilməli olar. Vəbuqapıbağlanılabilməz. Heçvaxt. Çünkibizböyük şeyləritirəbilərik”, – deyəErmənistanBaşnazirininmüşavirivurğulayıb.

Xaratyan bildirib ki, bu mərhələdə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşü planlaşdırılmır.

Sultan Laçın

Buna da bax...

“Rusiya artıq Odessanı da ələ keçirdi…”-Ukrayna deputatı

Rusiya nəşri:”Qədim rus şəhəri tədricən təmizlənir…” “İndi Odessada baş verənlər yalnız Rusiyanın şəhəri tam miqyasda …