Baş səhifə / Cəmiyyət / “Türk Ulduzları” Bakı səmasında ürək çəkdi – möhtəşəm görüntülər (VİDEO)

“Türk Ulduzları” Bakı səmasında ürək çəkdi – möhtəşəm görüntülər (VİDEO)

Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak edən “Türk Ulduzları”nın aviaşousundan maraqlı görüntülər yayılıb.

Bakıya Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri gəlib.

Təyyarələr Bakı səmasında öz bacarıqlarını göstərib. “Türk Ulduzları” paraddan sonra paytaxt sakinlərinə əsl şou təqdim edib.

Qeyd edək ki, iyunun 26-da hərbi paraddan sonra saat 12.30-da “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçirilib.

(baku.ws)

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …