Baş səhifə / Cəmiyyət / Şuşanın Daşaltı kəndindəki erməni evlərində günəş su qızdırıcıları quraşdırıldı…-Fotolar

Şuşanın Daşaltı kəndindəki erməni evlərində günəş su qızdırıcıları quraşdırıldı…-Fotolar

26 ildir ki, Azərbaycan ordusunun qisas və zəfər yürüşünü gözləyən qədim Daşaltı kəndində ermənilər hələlik bildiklərini edirlər. Kəndin evlərində günəş su qızdırıcılarının quraşdırılmasına başlanıb.

Moderator24.com xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Ümumerməni “Hayastan” fondunun Fransa filialının dəstəyi ilə artıq 9 evdə günəş batareyaları işə düşüb. Ümumilikdə 132 ev belə qızdırıcılarla təmin ediləcək. Eyni zamanda kənddəki məktəb, uşaq bağçası və şadlıq evində də belə qızdırıcı sistemlər quraşdırılacaq. Günəş batareyaları Daşaltında yaşayan ermənilərin həyat şəraitinin yaxşılaşdırılmasına və aylıq xərclərinin azaldılmasına xidmət edəcək.

 

Sultan Laçın

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …