Baş səhifə / Cəmiyyət / “Ermənistanda səfərbərlik sıfır səviyyəsindədir…”- Erməni veteran

“Ermənistanda səfərbərlik sıfır səviyyəsindədir…”- Erməni veteran

“Aprel savaşı zamanı Ermənistanda çaxnaşma yaranmasına məhz səfərbərliyin aşağı səviyyədə olması səbəb olub…”

“Əgər düşmən orduda hərəkətlənmə varsa, buna adekvat cavab olmalı və müvafiq qüvvələr lazımi nöqtələrdə yerləşdirilməlidır”.

Moderator24.com xəbər verir ki, bunu işğalçı ölkənin NEWS.am agentliyinə müsahibəsində Qarabağ müharibəsi veteranı Qaqik Ginosyan Azərbaycan ordusu ilə separatçı rejimin qanunsuz hərbi birləşmələrinin təmas xəttindəki son vəziyyətdən bəhs edərkən bildirib. Q.Ginosyan Ermənistanda səfərbərliyinin sıfır səviyyəsində olduğunu vurğulayıb. “Səfərbərlik elə bir səviyyədə olmalıdır ki, narahatlıq halında hər hansı bir erməni hansı hərbi komissarlığa, hansı otağa getmək lazım olduğunu və s. dəqiq bilsin. Belə bir səfərbərlik olsa, biz heç bir türkdən qorxmarıq”- deyə erməni veteran bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin aprelində Ermənistanda yaranmış çaxnaşmaya məhz səfərbərliyin aşağı səviyyədə olması səbəb olub. “Ermənistanda ümumiyyətlə olmayan səfərbərlik üçün neçə milyon dram sərf olunduğunu təsəvvür edirsizmi? Lakin məsul şəxslər bunun üçün heç bir cəza almayıblar”, – deyə Q.Ginosyan vurğulayıb.

Sultan Laçın

Buna da bax...

Günə 41 min qazanır – Milyonçu olan Adele

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele sərvət qazanır. 30 yaşlı ifaçının …