Baş səhifə / Cəmiyyət / Prezident nazirə ali hərbi rütbə verdi – SƏRƏNCAM

Prezident nazirə ali hərbi rütbə verdi – SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilib:

General-leytenant ali hərbi rütbəsi

General-mayor Fazil Nəriman oğlu Ələkbərova

Polis general-mayoru ali xüsusi rütbəsi

Polkovnik Heydər Teyyub oğlu Heydərova.

Qeyd edək ki, F.Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, H.Heydərov isə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Buna da bax...

Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 6,7 bal gücündə olan …