Baş səhifə / Cəmiyyət / Ziya Məmmədovun Bakıdakı villası yandı – MİLYONERLƏR MƏHƏLLƏSİ…

Ziya Məmmədovun Bakıdakı villası yandı – MİLYONERLƏR MƏHƏLLƏSİ…

Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb. Hazırda Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır.

Moderator24.com xəbər verir ki, şahidlərin “Qafqazinfo”ya verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.

Hazırda hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.

***

“Qafqazinfo”nun əməkdaşları hadisə yerinə gedib. Məlum olub ki, Ziya Məmmədova məxsus olan mülklərdən birində səhər saatlarında yanğın başlayıb. Belə ki, elektrik şitində qəfil alovlanma baş verib və yanğının böyüməsinin qarşısı alınıb.

Villanın mühafizəçiləri bildirib ki, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları çağırılıb və yanğının qarşısı qısa müddətdə alınıb.

Buna da bax...

Bakı metrosunda növbəti geyim qalmaqalı – Müdaxilə edən şəxs döyüldü – VİDEO

Bakı metrosunda növbəti dəfə qalmaqal yaşanıb. Moderator24.com Minval.info-ya istinadən xəbər verir ki, bu dəfə də …