Baş səhifə / Cəmiyyət / Ordumuz əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir – VİDEO

Ordumuz əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir – VİDEO

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Moderator24.com -a verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq, qoşunlar döyüş əməliyyatlarına hazırlıq üzrə planlı işlər yerinə yetirirlər.

Buna da bax...

ABŞ 1 trilyon dolları bazardan çıxarıb yandıracaq — SƏBƏB

2008-ci ildə bütün dünyaya təsir edən böhranı dəf etmək üçün 200 illik tarixində çap etdiyi …