Baş səhifə / Cəmiyyət / Ermənilər Azərbaycanda 243 kombayn işlədir?-Fotolar

Ermənilər Azərbaycanda 243 kombayn işlədir?-Fotolar

Dövlətimizin bilavasitə nəzarətində olan taxılçılıq bölgələrimizdə isə kəndlilər kombayn çatışmazlığından şikayətlənir…

Azərbaycanın işğal altındakı torpaqlarını zəbt etmiş ermənilərin oralardakı taxıl sahələrində 243 kombayn işlətməsi haqda informasiya yayıldı. Moderator24.com xəbər verir ki, bu haqda qondarma separatçı-terrorçu rejimin “dövlət naziri” adlandırılan Qriqori Martirosyan ad-soyadlı bir erməni dığası özünün “Facebook” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, hazırda de-yure Azərbaycana məxsus olan Qarabağ torpaqlarında ermənilər de-fakto 243 kombaynla taxıl biçdirir. Q.Martirosyan yazır ki, erməni fermerlər kombaynların sayından razıdır və taxıl biçini qaydasında gedir…

Xatırladaq ki, Moderator.az iyunun əvvəlində qondarma separatçı rejimin 2018-ci ildə Azərbayacanın işğal altındakı torpaqlarında taxıl əkən ermənilər üçün 13 Almaniya istehsalı olan kombayn gətirtməsi haqda da məlumat vermişdi…
P.S. İyunun son günlərində məlum oldu ki, Azərbaycanın dövlətimizin nəzarətində olan yerdə qalan taxılçılıqla məşğul olan bölgələrində kəndlilər kombayn çatışmazlığından şikayət edir. Hətta rayonlardan birində “Aqrolizinq” əməkdaşlarıyla dava da düşdü. Kənd təsərrüfatı naziri hörmətli İnam Kərimov isə bildirdi ki, hazırda taxıl zəmilərində 2200 kombayn işləyir. Nazir texnika çatışmazlığını taxılın bol olmasıyla əlaqələndirdi və növbəti ildə bu problemin həll ediləcəyinə söz verdi…

P.P.S. Bəzən bəziləri biz jurnalistləri qınayır ki, işğal altındakı torpaqlarımızda ermənilərin gördüyü abadlıq-filan işləri haqda informasiyaları nahaqdan verirsiz, çünki onların çoxu yalandır və belə məlumatlar xalqı ruhdan salır. Amma oxucuların xeyli hissəsi də, xüsusən didərginlər erməni tapdağındakı torpaqlarımzda baş verənlər haqda informasiyaları maraqla izləyir və bizlərdən bunu davam etdirməyi xahiş edirlər. Digər tərəfdən onsuz da maraqlanan oxucular belə məlumatları rus və ya ingilis dilində birbaşa erməni mənbələrindən oxuyurlar…

Yalana gəldikdə, tutaq ki, ermənilər Qarabağda hər hansı tikinti və ya taxılbiçən kombaynların sayı haqda yalan məlumat yayırlar. Şükür Allaha, əlaqədar qurumlarımızın əlində hər cür müasir texnologiya, o cümlədən bilavasitə torpaqlarımızda kənd təsərrüfatı işlərinə yardımçı ola biləcək süni peyklərimiz var. Baxsınlar işğal altındakı torpaqlarımıza, oralardakı kombaynları saysınlar və rəsmi təkzib versinlər ki, erməni dığaları yalan deyir, onların cəmi 10-15 kombaynı var. O halda bizdə həmin təkzibi məmnuniyyətlə dərc edib düşəni susdurarıq…

Sultan Laçın

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …