Baş səhifə / Dünya / Erməni ordusunda bir polkovnik və daha beş zabit həbs olundu

Erməni ordusunda bir polkovnik və daha beş zabit həbs olundu

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri külli miqdarda mənimsəmə faktında şübhəli bilinir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, şübhəli bilinən polkovnik öz hərbi hissəsindəki mayorla razılığa gələrək cari ilin yanvar – iyun ayları ərzində planda nəzərdə tutulandan daha az hərbi texnikadan istifadə edilməsinə tapşırıq verib.

Qənaət edilən 24 ton dizel yanacağını satan polkovnik dövlətə 8 milyon 856 min dram (18 min 450 dollar) ziyan vurub.

Nəticədə polkovnik, mayor və daha dörd zabit saxlanılıb.

Cinayət işində onlarla əlbir olmada şübhəli bilinən daha iki nəfərin adı keçir, ancaq onlar yaşayış yerini tərk etməmək şərti ilə sərbəst buraxılıblar.

İstintaq davam edir.

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …