Baş səhifə / Cəmiyyət / Ermənistan Azərbaycanın bu şəhərinə hücuma hazırlaşır?

Ermənistan Azərbaycanın bu şəhərinə hücuma hazırlaşır?

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra qorxuya düşən Ermənistan Naxçıvan istiqamətində hücum etməyə hazırlaşır.

Erməni ekspertlər cəmiyyəti yeni müharibəyə hazırlayan açıqlamalar verirlər.

Erməni millətçiliyi ilə seçilən Levon Şirinyan iddia edir ki, Azərbaycan Ordusu əlverişli məqamda ərazilərin azad olunması üçün hərəkətə keçəcək. O təklif edir ki, Ermənistan Naxçıvana hücuma keçsin.

“Biz ilk növbədə Naxçıvanı ələ keçirməliyik. Bu, bizim birinci respublikamızın bölünməz hissəsidir. Əsas məsələ indi bizim bunu edib-edə bilmədiyimizdir. Yox olmaq istəyirik, yoxsa yaşamaq?! Mən sülhün psixi xəstəliyini anlamıram. Hazırki hakimiyyət müvəqqətidir, biz təcili olaraq növbədənkənar seçki keçirməli və yeni hakimiyyətlə hücuma keçməliyik. Azərbaycanın qarşısını almaq üçün biz öncədən hücum etməliyik”, – deyə Şirinyan vurğulayıb.

Erməni şərhçi Sarqis Artsruni isə yazır ki, Naxçıvan cəbhəsində müharibə Ermənistanın məğlubiyyəti ilə başa çatacaq: “Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bizə kömək etməyəcək, Azərbaycan bunu əla anlayır”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində hücuma keçdiklərini və Azərbaycanın Ordusuna məxsus postu yandırdıqlarını iddia edib. Hərçənd, erməni hərbi birləşmələrinin atdıqları yandırıcı güllələrin erməni əhalisinə məxsus taxıl zəmilərini yandırdığı ortaya çıxıb.(publika.az)

Buna da bax...

Bakı metrosunda növbəti geyim qalmaqalı – Müdaxilə edən şəxs döyüldü – VİDEO

Bakı metrosunda növbəti dəfə qalmaqal yaşanıb. Moderator24.com Minval.info-ya istinadən xəbər verir ki, bu dəfə də …