Baş səhifə / Cəmiyyət / Rusiya Türkiyə ilə sərhəddə İRİMİQYASLI ƏMƏLİYYAT KEÇİRDİ

Rusiya Türkiyə ilə sərhəddə İRİMİQYASLI ƏMƏLİYYAT KEÇİRDİ

Rusiya Hərbi Kosmik Qüvvələri Suriyanın Türkiyə ilə sərhəddə yerləşən İdlib əyalətinin cənub-qərbində terrorçulara hücum həyata keçirib.

Moderator24.com -un məlumatına görə, bu haqda “Al-Masdar News” nəşri xəbər yayıb.

Məlumata görə, rus qırıcı təyyarələri terrorçuların nəzarəti altında olan Cisr əş-Şuqura ətrafına güclü zərbələr endirib. Əməliyyat zamanı bir neçə ballistik raket də buraxılıb. Bundan bir müddət öncə naməlum qüvvələr dronlar vasitəsi ilə Rusiyanın Latakiyanın cənub-qərbindəki Hmeymim aviabazasına hücum cəhdi ediblər. Lakin düşmənin pilotsuz uçaqları məhv edilib.

Hələlik terrorçu qruplaşmalardan heç biri baş vermiş hücum cəhdinə görə məsuliyyəti üzərinə götürməyib. Moskvada hücumun arxasında Özbəkistan və ya Türküstan yaraqlılarının durduğunu güman edirlər.

Sultan Laçın

Buna da bax...

Bakı metrosunda növbəti geyim qalmaqalı – Müdaxilə edən şəxs döyüldü – VİDEO

Bakı metrosunda növbəti dəfə qalmaqal yaşanıb. Moderator24.com Minval.info-ya istinadən xəbər verir ki, bu dəfə də …