Baş səhifə / Cəmiyyət / Metro bu gün də bağlı olacaq

Metro bu gün də bağlı olacaq

Bu gün Bakı Metropoliteni qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından test rejimində fəaliyyət göstərəcək.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BNA və “Bakı Metropoliteni” QSC-nin birgə məlumatında bildirilir.

Məlumatda qeyd olunub ki, qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından “Bakı Metropoliteni” QSC-nin stansiyaları 04 iyul 2018-ci il tarixində sərnişinlərə bağlı olacaq.

Gün ərzində paytaxt ərazisində bütün metro stansiyalarının çıxışlarına, Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilərə əlavə ictimai sərnişindaşıma nəqliyyat vasitələri cəlb ediləcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək.

Sərnişinlərdən mövcud vəziyyəti anlayışla qarşılamağı xahiş olunur.(oxu.az)

Buna da bax...

Bakı metrosunda növbəti geyim qalmaqalı – Müdaxilə edən şəxs döyüldü – VİDEO

Bakı metrosunda növbəti dəfə qalmaqal yaşanıb. Moderator24.com Minval.info-ya istinadən xəbər verir ki, bu dəfə də …