Baş səhifə / Dünya / Ermənistanın sabiq müdafiə naziri həbs ediləcək

Ermənistanın sabiq müdafiə naziri həbs ediləcək

Yerevan məhkəməsi Ermənistanın sabiq müdafiə naziri Mikael Aryutyunyanın həbsinə sanksiya verib.

Oxu.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, 2008-ci ildə etiraz aksiyalarının dağıdılması ilə əlaqədar başlanmış cinayət işi üzrə axtarışda idi.

Xatırladaq ki, 2008-ci ilin fevralında prezident seçkilərində Serj Sarqsyana məğlub olan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları fevralın 20-dən Yerevanın mərkəzində mitinqlər təşkil etmişdilər.

Sonradan mitinqlər martın 1-2-də asayiş keşikçiləri ilə toqquşmalarla davam etdi. Nəticədə 10 nəfər həlak oldu, 200 nəfər isə yaralandı.

Məhz bu hadisələrə görə general-polkovnik Aryutyunyanı həbs etmək haqqında qərar verilib.

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …