Baş səhifə / Cəmiyyət / Serj Sarkisyanın qardaşı və qardaşı oğlu həbs edildi – FOTO

Serj Sarkisyanın qardaşı və qardaşı oğlu həbs edildi – FOTO

Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyanın qardaşı Aleksandr (Saşik) Sarkisyan iyulun 4-də Parisə uçmaq istəyərkən “Zvartnots” hava limanında Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb. Hadisədən sonra A. Sarkisyanın evində axtarış başlayıb. Axtarış nəticəsində xeyli pul, silah və rəsm əsəri aşkarlanaraq götürülüb.

Aleksandr Sarkisyanın oğlu Ayk da saxlanılıb. Ona qarşı 2007-ci il aprelin 1-də Yerevanda David Simonyan adlı şəxsin odlu silahdan açılan atəşlə yaralanması ilə əlaqədar ittiham irəli sürülüb. Bu fakt üzrə daha əvvəl bağlanan cinayət işi yenidən açılıb. D. Simonyana Ayk Sarksiyanın atəş açdığı bildirilir.

Aleksandr Sarkisyanın digər övladı Narek Sarkisyan isə qanunsuz silah-sursat əldə etmək, saxlamaq, eləcə də iri miqdarda narkotik saxlamaqda ittiham olunur.(APA)

Buna da bax...

Bakı metrosunda növbəti geyim qalmaqalı – Müdaxilə edən şəxs döyüldü – VİDEO

Bakı metrosunda növbəti dəfə qalmaqal yaşanıb. Moderator24.com Minval.info-ya istinadən xəbər verir ki, bu dəfə də …