Baş səhifə / Dünya / Moskvada rus qızları abırlı geyim axtarışına çıxıblar…- Gözlənilməz (FOTOLAR)

Moskvada rus qızları abırlı geyim axtarışına çıxıblar…- Gözlənilməz (FOTOLAR)

Rus Pravoslav Köhnə Ənənə Kilsəsinin tərəfdarları pravoslav dükanlarında qız-gəlinlər üçün abırlı qiyafələr tapa bilmədikləri üçün müsəlman mağazalarına üz tutmağa məcbur olublar.

Moderator24.com xəbər verir ki, bu barədə “RİA Novosti”-yə Moskva Pokrov(Şəfaət) Kilsəsinin keşişi İoan Mirolyubov məlumat verib.

Keşiş evlənməyə qərar vermiş əsilli bir Terek kazakının başına gələni nəql edib. Həmin kazak Moskvanın yarısını gəzsə də, ailə qurmaq istədiyi gəlin üçün heç bir yerdə, o cümlədən pravoslav mağazalarında abırlı bir paltar tapa bilməyib. Nəticədə gənclərin istədiyi qiyafə yalnız müsəlman dükanlarında tapılıb. “Bu, hamımız üçün ayıbdır”, – deyə rus ruhani vurğulayıb.

Keşişin sözləri Moskvanın məşhur Dubrovka Ticarət Kompleksindəki müsəlman qadın geyimlərinin satıcıları tərəfindən də təsdiqlənib. Onlar müştəriləri arasında çoxlu pravoslav rus qadınlar olduğunu bildiriblər.

Sultan Laçın

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …