Baş səhifə / Dünya / Lukaşenkodan “Miss Belarus”a ağılasığmaz təklif: “Maşenka, bura gəl, mənim balam…”

Lukaşenkodan “Miss Belarus”a ağılasığmaz təklif: “Maşenka, bura gəl, mənim balam…”

Moderator.az “Sputnik Belarus”-a istinadən xəbər verir ki, Belarusun prezidenti Aleksandr Lukaşenko Mogilyov vilayətində “Rodina” kolxozuna baş çəkərkən “Miss Belarus-2018”müsabiqəsinin qalibi olmuş Mariya Vasileviçə bu müəssisədə işləməyi təklif edib.

Kolxoz ərazisindəki muzeyə birlikdə gedərkən Lukaşenko “Miss Belarus”a kolxoz sədrinin stolu arxasında oturmağı təklif edib.

“Maşenka, bura gəl, mənim balam. Gəl də, baxaq görək, sən “Kupalada” necə görsənəcəksən…( Yanka Kupala adına dövlət teatrının səhnəsi nəzərdə tutulur-tərcümə) Hesablarda hesablayacaqsan. Yoxsa Sizə bunu öyrətməyiblər?”-Lukaşenko soruşub

Mariya prezidentin təklifinə müsbət yanaşıb. O deyib ki, ikiillik model müqaviləsinə görə kolxozda indi işləyə bilməz, amma müqavilənin müddəti bitəndən sonra vəzifəsinin başına keçə bilər.

Buna da bax...

“Rusiya artıq Odessanı da ələ keçirdi…”-Ukrayna deputatı

Rusiya nəşri:”Qədim rus şəhəri tədricən təmizlənir…” “İndi Odessada baş verənlər yalnız Rusiyanın şəhəri tam miqyasda …