Baş səhifə / Dünya / Adnan Oktarın ilk ifadəsi: “Mən dəli deyiləm…”

Adnan Oktarın ilk ifadəsi: “Mən dəli deyiləm…”

Türkiyədə iki gün öncə həbs olunan, özünü ilahiyyatçı kimi qələmə verən Adnan Oktar istintaqa ilk ifadəsini verib.

Moderator24.com azvision.az-a istinadən xəbər verir ki, Oktar ifadəsində “dəli” olmadığnı bəyan edib.

O bildirib ki, bununla bağlı xəstəxana arayışları var: “Mən dəli deyiləm. 60-a yaxın xəstəxananın bununla bağlı arayışı var”.

Qeyd edək ki, ötən gün 62 yaşlı Adnan Oktarın villası detektorlarla axtarılıb, ərazidə qazıntı işləri aparılıb. Təşkilata üzv olmaqda şübhəli bilinən 235 şübhəlidən 192-si yaxalanıb. 43 şübhəli isə axtarışdadır. Bundan başqa 106 qadın şübhəlidən 105-i artıq saxlanılıb. Zərərçəkmişlərin sayı isə 82-yə çatıb.

Polis əməkdaşları bildirir ki, təhdid, şantaj və “çirkli pul”ların yuyulmasından aylıq 10 milyon dollar gəlir əldə edən təşkilatın “itmiş” 200 milyon lirəsinin aqibəti araşdırılır.

Buna da bax...

İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – Video

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır. Ayaqqabı istehsalı və …