Baş səhifə / Cəmiyyət / Eldar Əzizov Bakı meriyasına gətirildi – Yeni təyinat

Eldar Əzizov Bakı meriyasına gətirildi – Yeni təyinat

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib.

Moderator24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E. Əzizov həm də şəhər meri səlahiyyətini icra edəcək.

Qeyd edək ki, E. Əzizov bundan əvvəl Gəncə, Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb.

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov isə baş nazirin müavini təyin olunduğu üçün bir neçə aydır şəhər rəhbəri vəzifəsi boş qalıb.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …