Baş səhifə / Cəmiyyət / Sabiq deputatın avtomobilinin 60 litrlik bakına 68 litr benzin vurdular…

Sabiq deputatın avtomobilinin 60 litrlik bakına 68 litr benzin vurdular…

Sabiq millət vəkili, nasir Xeyrəddin Qoca yanacaqdoldurma məntəqələrini sərt tənqid edib. Nasir Moderator.az -a açıqlamasında bildirib ki, hər dəfə avtomobilə benzin vuranda, üç-dörd litr əskik vururlar:

“Ha dedim qoşulmayım bu oğullara, daha dözə bilmədim. Hansı yanacaqdoldurma məntəqəsində istəyirsən avtomobilinə benzin vurasan üç-dörd litr əskik vururlar. Bu başdan soruşmaq istəyirəm sizə pulu tam verməsək, benzin vurarsınız? Diqqətlə baxmışam bu oğulların aparatı benzini səkkiz yüz-doqquz yüz qıramdan vurmağa başlayır. Yəni benzindoldurma məntəqələrində işləyənlər aparatlara kəf gəlirlər. Kompüter yarananda elə bildim ki, hər şey düzələcək, amma avam olmuşam, ona da əyri işləməyi öyrədiblər!

Buna necə dözmək olar ki, avtomobilin altımış litrlik benzin bakına altımış səkkiz litr benzin vurulur. Mən hələ benzinin tərkibinin zibil olmasını demirəm. Belə benzin avtomobilin benzin nasosun sıradan çıxarır, o da bahalı avtomobil ehtiyyat hissəsi olduğu üçün tapmaq olmur. Görün nə günə qalmışıq ki, radio efirlərində reklam verirlər ki: ““Socar”ın məntəqələrində təmiz benzin vurulur”. Deməli, başqa yanacaqdoldurma məntəqələrində natəmiz benzin vururlar.

Bütün məntəqələrdə operatorlar soruşurlar: “Qəbz lazımdır?”. Adama deyərlər a bala, bircə rüşvəti qəbzsiz alırlar, dövlətin malın satırsan qəbz ver də! Bu işdə nə fırıldaq var, bax onu bilmirəm. Çox yerdə sorğu-sualla müştərinin canını boğazına yığırlar:

“Nəğd verəcəksəniz?”. “Xırda yoxdur?”. “Kartladır?!” və sair. Deyirəm bəlkə yanacaqdoldurma məntəqələrini “ASAN xidmət” mərkəzlərinə birləşdirək. Yoxsa, bu məntəqələrdəki korrupsiyaya son qoymaq çətin olacaq! Nəhayət, bir sualım var, həm də bu bütün sürücülərin sualıdır: “Bu yanacaqdoldurma məntəqələrində işləyənlərin arxasında kimlər durur? Çıxsınlar ortalığa, camaat onları tanısın və soruşsun ki, niyə cibimizə girirsiniz?!”.

Vasif Əlihüseyn

Buna da bax...

Bloqer “iPhone” almaq üçün bir vanna pul gətirdi – VİDEO

Rusiya vətəndaşı, bloqer Svyatoslav Kovalenko 100 min rubl (2500 manat) dəyərindəki “iPhone XS” telefonunu almaq …