Baş səhifə / Cəmiyyət / “Qeyrətimiz olsa, Paşinyanın da, Tonoyanın da oğlunu orda güllələyərik, meyitləri geri qayıdar…”

“Qeyrətimiz olsa, Paşinyanın da, Tonoyanın da oğlunu orda güllələyərik, meyitləri geri qayıdar…”

“Nə qədər ki, Azərbaycanda satqın hökumət üzvləri var, torpaqlarımızı azad edə bilməyəcəyik”

Bu yaxında hərbi xidmət keçmək üçün Azərbaycanın işğal altındakı torpaqlarına yollanmış işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın və müdafiə naziri David Tonoyanın oğulları üçün Xankəndində icarəyə ev axtarılması haqda xəbərlər yayılıb. İki çinli nazirin işğal altındakı torpaqlarımıza öz övladlarını hərbi xidmətə yollaması bizim bir çox məmur övladlarına örnək ola bilərmi?

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında bildirdi ki, erməni məmur övladlarından fərqli olaraq, bizim məmur övladlarının heç biri hərbi xidmətə getmir:

“Dövlət başçısının övladlarının və yaxınlarının hərbi xidmətə getməsi təqdirəlayiq haldır. Bunlar işğal etdikləri torpaqlarımızda xidmətə gəlirlər. Bizim də gənclərimizin qeyrəti olsa, hamımız partizan müharibəsinə qalxıb Paşinyanın da, Tonoyanın da oğlunu orda güllələyərik, meyitləri geri qayıdar. Ona görə də bizlərdən fərqli olaraq Paşniyanların uşaqları torpaqları qoruyur, bizimkilərin uşaqları isə xaricdən Azərbayca dövlətinin əleyhinə iş aparırlar və dövlətimizin pullarını oğurlayıb xaricdə eyş-işrət işində yaşayırlar. Bizim fərqimiz burdadır. Onlarda milli ruh, bizdə isə milli satqınçılıq var. Azərbaycan dövlətinin pulunu talan edib Dubayda dollar vannalarının içində özlərini nümayiş etdirməkləri var. Ona görə də Paşinyanlar özlərini qalib kimi göstərirlər. Dağlıq Qarabağı iyirmi beş ildir işğal ediblər. Azərbaycanın ən dilbər güşələrində böyük işlər görürlər, biz isə nəyisə gözləyirik. Düşünürəm ki, hər birimizin övladı kimliyindən asılı olmayaraq hərbi xidmətə getməlidir və torpaqlarımızı işğalçılardan azad etməlidir”.

H.Hacıyev iki əmisi oğlunun Qarabağda şəhid olduğunu deyib:

“Baxın görün hansı nazirin övladı hərbi xidmətdə iştirak edib. Hamısı Azərbaycanın sərvətlərini talamaqla məşğuldu, övladları da xaricdə eyş-işrət içində yaşayırlar. Mənim iki əmim oğu Qarabağda şəhid olub, Milli Qəhrəmandır. Bu gün Azərbaycanın sərvətini talan edib, ölkə başçısına xəyanət edənlər, xaricdə birləşərək Azərbaycan dövlətində çevriliş etmək istəyən məmurlar nə işlə məşğuldur? Baş nazirin müavinin nəvəsi adam öldürdü, indi deyirlər xaricdə yaşayır. Amma Paşinyanların övladları işğal altındakı torpaqlarımızda məzələnirlər. Bu da bizim qeyrətimizdir. Nazirlərin övladları hərbi xidmətdə olsa, milli ruh da yüksək olar. Milli ruh olmayan yerdə torpaqlarımız da işğal altında qalacaq və gələcək nəsil də bizə söyəcək. Düşünürəm ki, nə qədər ki, Azərbaycanda satqın hökümət üzvləri var, topaqlarımızı işğaldan azad edə bilməyəcəyik. Sentyabr-oktyabr aylarında biz partiya olaraq Dağlıq Qarabağla bağlı böyük mitinqlərə başlamaq istəyirik. Qoy dünya da görsün ki, Azərbaycan torpaqlarını unutmayıb və unutmayacaq da. Kimlər xaricə söz veribsə, onları da sıradan çıxaracağıq, torpaqlarımız işğaldan azad edəcəyik ki, biz öləndən sonra o dünyada ruhumuz şad olsun”.

Vasif Əlihüseyn

Buna da bax...

İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – Video

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır. Ayaqqabı istehsalı və …