Baş səhifə / Cəmiyyət / Kəlbəcərin kəndində erməni uşaqlar üçün yay məktəbi də təşkil edildi…- FOTO

Kəlbəcərin kəndində erməni uşaqlar üçün yay məktəbi də təşkil edildi…- FOTO

İyulun 20-də Kəlbəcər rayonunun “Tsmakaoh” adlandırılmış Bazarkənd kəndində gənc təbiətsevərlər üçün yay məktəbi təşkil edilib.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı terrorçu rejimin təhsil, elm və idmanla məşğul olan saxta qurumu məlumat yayıb. 2014-cü ildən başlanmış bu proqram çərçivəsində əsasən keçmiş Ağdərə rayonunun kənd məktəblərinin 5-8-ci sinif şagirdləri arasından təbiət elmləri ilə maraqlananlar iştirak edir. Onlara “Artsax Dövlət Universiteti”, İrəvan Dövlət Universiteti tələbələri və “Instigate Mobile CJSC” şirkətinin müəllimləri dərs deyir.

Dərslərdən əlavə vaxtlarda erməni məktəbliləri Qarabağın görməli yerləri, tarixi abidələrinə aparılır, idman tədbirləri, rəqs və konsertlər, stolüstü və intellektual oyunlar keçirilir. Yay məktəbi iyulun 31-dək davam edəcək.

Sultan Laçın

Buna da bax...

İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – Video

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır. Ayaqqabı istehsalı və …