Baş səhifə / Cəmiyyət / Erməni axçiyinin Şuşadakı pulsuz konserti baş tutdu- Qaldı Bakıdakı… (Fotolar)

Erməni axçiyinin Şuşadakı pulsuz konserti baş tutdu- Qaldı Bakıdakı… (Fotolar)

Xatırladaq ki, digər erməni müğənni Zara Mgloyanın təşrif buyuracağı Bakı şəhəri Ermənistan Silahlı Qüvvələrinin işğalı altında deyil…

Xəbər verdiyimiz kimi, dünyada tanınmış erməni opera müğənnisi Asmik Papyanın Azərbaycanın işğal altındakı Şuşa şəhərində nəzərdə tutulmuş solo konserti baş tutub. Ermənistanın xalq artisti həm ermənicə, həm də xarici dillərdə əsərlər ifa edib. Qarabağda artıq ikinci dəfə qonaq olduğunu söyləyən A.Papyan hərbçilərlə görüşlərdən də çox mənnun qaldığını bildirib. Xatırladaq ki, öncədən vəd edildiyi kimi, erməni axçiyinin Şuşadakı konserti pulsuz təşkil edilib…

P.S. Azərbaycanın dövlət sərhədini qanunsuz şəkildə keçən Asmik Papyan işğal altındakı Şuşada konsert verdi. İyulun 26-29-da isə erməni əsilli digər müğənni Zara Mgloyan tam qanuni şəkildə Azərbaycanın dövlət sərhədini keçərək paytaxtımız Bakıda konsert verəcək. Xatırladırıq ki, Bakı şəhəri Ermənistan Silahlı Qüvvələrinin işğalı altında deyil…

Sultan Laçın

Buna da bax...

Bloqer “iPhone” almaq üçün bir vanna pul gətirdi – VİDEO

Rusiya vətəndaşı, bloqer Svyatoslav Kovalenko 100 min rubl (2500 manat) dəyərindəki “iPhone XS” telefonunu almaq …