Baş səhifə / Dünya / Rusiya ordusu Ermənistanda taktiki təlimlərə başladı

Rusiya ordusu Ermənistanda taktiki təlimlərə başladı

Rusiyanın Ermənistandakı hərbi bazasında üç mindən çox hərbi qulluqçunun iştirakı ilə taktiki təlimlər başlayıb.

Bununla bağlı TASS agentliyi Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadla məlumat verib.

İyulun 28-dək Zaqafqaziyada keçiriləcək təlimlərə üç mindən çox şəxsi heyət və 500-ə yaxın hərbi texnika, o cümlədən hava hücumundan müdafiə qüvvələri, hərbi aviasiya və pilotsuz aviasiya cəlb olunub.

Motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri təlimin keçirildiyi “Kamxud” və “Alaqyoz” poliqonlarına marş edib.

Havadan bölmələri “MiQ-29” təyyarələri, “Mi-24” və “Mi-8 MTŞ” helikopterləri müşayiət edir.(oxu.az)

Buna da bax...

İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – Video

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır. Ayaqqabı istehsalı və …