Baş səhifə / Cəmiyyət / “Ermənistanda elə obyektlər var ki, onlara zərbə endirsək…” – Müdafiə Nazirliyi

“Ermənistanda elə obyektlər var ki, onlara zərbə endirsək…” – Müdafiə Nazirliyi

Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnasakyanın “Lazım gələrsə Mingəçevir SES-nə dərhal zərbə endiriləcək” barədə dediklərinə Müdafiə Nazirliyi cavab verib.

Nazirliyin mətbuat xidmətindən daxil olan açıqlamanı təqdim edirik:

“Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur.

Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır. Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir.

L.Mnakasyanın budəfəki, absurd bəyanatına gəlincə isə, Azərbaycan hava hücumundan müdafiə və raketəleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir.

Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq”.

Buna da bax...

Bloqer “iPhone” almaq üçün bir vanna pul gətirdi – VİDEO

Rusiya vətəndaşı, bloqer Svyatoslav Kovalenko 100 min rubl (2500 manat) dəyərindəki “iPhone XS” telefonunu almaq …