Baş səhifə / Dünya / Rusların Amerika prezidentinə qarşı ifşaedici materialları var

Rusların Amerika prezidentinə qarşı ifşaedici materialları var

Tramp sorğu-sual ərəfəsində…

Xarici mətbuata istinadən Moderator24.com xəbər verir ki, amerikalılar arasında prezident Donald Trampla bağlı sorğu keçirilib.

Kvinnipeks universitetinin keçirdiyi sorğuya görə əksər amerikalılar hesab edir ki, Kremlin əlində ABŞ prezidenti Donald Trampa qarşı ifşaedici materiallar var. Başqa bir sorğunun nəticələrinə görə isə ABŞ vətəndaşlarının çoxu Trampın Rusiya ilə birgə hərəkətini bəyənmir, amma iqtisadi islahatlarını alqışlayırlar.

Trampın Vladimir Putinlə keçirdiyi son görüşdən sonra amerikalıların 51% inanır ki, Rusiya hakimiyyətinin Trampa qarşı ifşaedici materialları var.

Respublika partiyasından olanların 70%-i ifşaedici materialların olması versiyasına inanmırlar. Sual olunan şəxslərdən yalnız respublikaçılar belə bir həmrəylik nümayiş etdiriblər. Başqa qruplarda isə ifşa materialları nəzəriyyəsinə soruşulanların yarısı inanır.

Trampın seçkidə qalib gəlmək üçün Kremllə bağlı olması versiyasına inananlar 39% faiz təşkil edir, bu versiyaya loyal yanaşanlar isə 49%.

Qeyd edək ki, Konqresin təyin etdiyi xüsusi prokuror bu günlərdə Trampı sorğu-suala çəkəcək.

Buna da bax...

İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – Video

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır. Ayaqqabı istehsalı və …