Baş səhifə / Dünya / Serj Sarkisyanın mühafizə rəhbəri 2,1 milyon dollar girov müqabilində azadlığa çıxdı

Serj Sarkisyanın mühafizə rəhbəri 2,1 milyon dollar girov müqabilində azadlığa çıxdı

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın mühafizə rəhbəri Vaçaqan Ğazaryan, Apellyasiya Məhkəməsinin qərarına əsasən, 1 milyon Ermənistan dramı (təxminən 2,1 milyon dollar) məbləğində girov müqabilində həbsxanadan azad edilib.

Vaçaqan Ğazaryan yüksək vəzifəli şəxs kimi təqdim etməli olduğu deklarasiyada yanlış məlumat verməkdə şübhəli bilinir.

İyunun 25-də Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi istintaqa görə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçmişdi.

Girov qoyulan məbləğ məhkəmə qərarından asılı olmayaraq, geri qaytarılır və yalnız Vaçaqan Ğazaryanın məhkəmədən gizlənməsi təqdirdə müsadirə oluna bilər.

Pulları bankdan çıxararkən tutulub

Ermənistan Xüsusi İstintaq Xidmətinin (XİX) məlumatına görə, Ermənistan Dövlət Mühafizə Xidməti rəisinin sabiq 1-ci müavini Vaçaqan Ğazaryan Ermənistan Cinayət Məcəlləsinin 2 maddəsi üzrə – qeyri-qanuni varlanmaq, mülkü haqqında bəyannamədə yanlış məlumat vermək və qanunla bəyan edilməsi tələb olunan məlumatları gizlətməkdə ittiham olunur.

Vaçaqan Ğazaryan baş nazir Nikol Paşinyanın sərəncamı ilə mayın 17-də vəzifədən azad edilib.

Təxminən 1 ay bundan sonra isə, XİX ittihamına əsaslanaraq, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) elə öz “kadrlar ehtiyatında olan general-mayor Vaçaqan Ğazaryan”ın saxlanıldığını bildirdi.

Ermənistan: Rusiya bazasının hərbi təlimi Panik kənd sakinlərini təlaşa salıb
Ermənistan: sabiq prezident Robert Koçaryan ifadə verməyə çağrılıb, Serj Sarkisyanın qardaşı saxlanıb
Ermənistan parlamenti “Qarabağ qəhrəmanı”, deputat Qriqoryanın həbsinə icazə verdi
MTX mətbuat xidmətinin yaydığı videoda Vaçaqan Ğazaryan Yerevan banklarından birindən çantalarla çıxdığı görünür. Çantalarını öz maşınına qoyanda, MTX əməkdaşları Ğazaryanı əhatəyə alıb tuturlar.

Ğazaryanın əlindəki çantalarda 120 min ABŞ dollar və Vaçaqan Ğazaryanın adına qeyd olunmuş əmanətdən çıxarılmış 436 min Ermənistan dramı (hazırkı məzənnəyə görə, təxminən 908 min dollar) aşkar edilib, MTX-nin məlumatında deyilir.

Vaçaqan Ğazaryan pulların bank hesabından çıxarmasını onları “əsl sahibinə vermək” məqsədilə izah edib, lakin əsl pul sahibinin adını deməyib.

Axtarış nəticəsində sabiq mühafizə rəhbərinin cibindən “gündəlik xərclər üçün” 500 dollar, 213 min dram və onu banka müşayiət edən “Lexsus” markalı avtomobilindən 50 min dollar pul tapılıb.

MTX-nin məlumatına görə, Vaçaqan Ğazaryan saxlanılmasaydı, o, öz bank hesabında olan 860 milyon dramı (1,8 milyon dollar) və həyat yoldaşı Ruzanna Beqlaryanın adına olan 690 milyon dramı (1,44 milyon dollar) “nağdlaşdırmağa hazırlaşırdı”. Pulları bir gündə almaq üçün Ğazaryan banka təxminən 35 min dollar vəd edibmiş, məlumatda deyilir.

Ğzaryan daha hansı pulları göstərməyib?

Daha əvvəl İstintaq Komitəsinin mətbuat xidməti məlumat yaymışdı ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ermənistan Polisi ilə birlikdə “Yans” restoran kompleksi ərazisində keçirilən axtarış nəticəsində 1,4 milyon dollar, 230 min 500 avro 36 milyon dram, “restoran kompleksinin faktiki sahibi Ruzanna Beqlaryana məxsus maşın qarajında” isə 2 min dollar, 2 cüt “Franck Muller” qol saatı, hərəsindən bir ədədd “Range rover” və “Mercedes” markalı minik avtomaşını aşkar edilib.

Ermənistan “İctimai xidmət” qanununa əsasən, 2008-ci ildən yüksək vəzifə sahibi olaraq, Vaçaqan Ğazaryan gəlir bəyannaməsində özünün və ailə üzvlərinin mülkü və gəlirləri barədə məlumat verməli olub, lakin verməyib.

Ğazaryan axtarış zamanı aşkar edilən bank hesabları və başqa mülkünü deklarasiyada göstərməməsini “yadımdan çıxmışdı” deyə izah edib.(BBC)

Buna da bax...

İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – Video

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır. Ayaqqabı istehsalı və …