“Təmas xəttində hazırkı qədər sakitlik hələ olmayıb”.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri özünü Azərbaycanın işğal altındakı qondarma separatçı-terrorçu rejimin “müdafiə naziri” hesab edən Levon Mnatsakanyan dünən Xankəndində keçirdiyi mətbuat konfransında söyləyib.
O bildirib ki, iyulun 9-dan 15-dək olan müddətdə Azərbaycan ordusu tərəfindən cəmi 500 atəş qeyd edilib. Bununla belə, separatçı general Azərbaycan aviasiyasının təmas xətti yaxınlığındakı mütəmadi uçuşlarından və mühəndis-istehkam işlərinin genişlənməsindən narahatlığını ifadə edib. L.Mnatsakanyan bu ilin sentyabr –oktyabr aylarında təmas xəttində vəziyyətin gərginləşə biləcəyi ehtimalını da dilə gətirib.
Sultan Laçın