Baş səhifə / Cəmiyyət / Elmar Vəliyevin səhhəti normallaşır: ayağa qaldırılıb, yeriyib, qidalanır

Elmar Vəliyevin səhhəti normallaşır: ayağa qaldırılıb, yeriyib, qidalanır

Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti normallaşır.

Moderator24.com xəbər verir ki, Gəncədəki mənbənin Modern.az-a verdiyi məlumata görə, artıq E.Vəliyev özünü yaxşı hiss edir. Onun üzərində həyata keçirilən əməliyyat uğurlu olub. Müalicələrdən sonra icra başçısı ayağa qaldırılaraq yeriyib. Tam anlaqlı vəziyyətdədir, normal şəkildə qidalanır, yaxın vaxtlarda evə buraxılacağı gözlənilir.

Mənbə E.Vəliyevin Azərbaycana nə vaxt qayıdacağı barədə məlumat verməyib.

Xatırladaq ki, iyulun 3-də Gəncə şərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, tərksilah edilib.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işilə bağlı həbs olunan və müqavimət göstərdiyi üçün məhv edilənlər var.

Qeyd edək ki, iyulun 4-də Türkiyədəki Bahçeşehir Universitetinin Tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç Əmlak Məsələləri Dövlət Komitəsnin sədri, eyni zamanda E.Vəliyevin qudası Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gəlib. Türkiyəli həkim həmin gün icra başçısnı əməliyyat edib.

Qeyri-rəsmi məlumatlara görə, E.Vəliyev hazırda İsraildəki klinikalardan birində müalicə alır.

Buna da bax...

İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – Video

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır. Ayaqqabı istehsalı və …