Baş səhifə / Cəmiyyət / Erməni müəllim və gənclər Kəlbəcərdə Andranikin büstü qarşısında baş əydilər -FOTO

Erməni müəllim və gənclər Kəlbəcərdə Andranikin büstü qarşısında baş əydilər -FOTO

Nə olsun, biz də Heydər Əliyev adına Bakı Hava limanında ermənilərin digər böyük vətənpərvəri Zara Mgoyana baş əydik…

Moderator.az işğal altındakı Kəlbəcər rayonunun Bazarkənd kəndində təbiətsevər erməni şagirdlər üçün yay məktəbinin təşkil edilməsi haqda yazmışdı( bax: www.moderator.az/news/233598.html ). Xankəndindəki düşmən saytları həmin yay məktəbindəki tədbirlər haqda növbəti xəbər yayıb. Xəbərdən məlum olur ki, yay məktəbinin müəllim və şagird kollektivi ermənilərin “böyük vətənpərvər” adlandırdıqları, keçmiş SSRİ miqyasında tanınmış mühəndis və ixtiraçı Andranik İosifyanın 113 illiyi münasibəti ilə xatirə mərasimi keçiriblər. Müəllim və məktəblilər A.İosifyanın büstü qarşısında baş əyiblər.

P.S. Nə olsun, biz də Heydər Əliyev adına Bakı Hava limanında ermənilərin digər böyük vətənpərvəri Zara Mgoyana baş əydik… Bəlkə Nardaranda ona bir heykəl də qoyaq ki, tolerantlığımızı bir daha isbat edək…

Sultan Laçın

Buna da bax...

Bloqer “iPhone” almaq üçün bir vanna pul gətirdi – VİDEO

Rusiya vətəndaşı, bloqer Svyatoslav Kovalenko 100 min rubl (2500 manat) dəyərindəki “iPhone XS” telefonunu almaq …