Baş səhifə / Cəmiyyət / Sumqayıtda baş verən partlayışın görüntüsü yayıldı – VİDEO

Sumqayıtda baş verən partlayışın görüntüsü yayıldı – VİDEO

Ötən gün Sumqayıt şəhərində yerləşən yük avtomobillərinin dayanacağı və təmiri parkının ərazisində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Moderator24.com -un FHN-ə istinadla verdiyi məlumata görə, yanğın nəticəsində təmirə dayanmış ”DAF” markalı yük avtomobilinin birinci qoşqusunun yanar hissələri, ikinci qoşqusunun arxa hissəsi və yaxınlıqda dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Qoşqunun qalan hissəsi, yaxınlıqda olan digər qoşqular və təmir sexləri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər, 1951-ci il təvəllüdlü Rüstəmov Fərhad Əhməd oğlu, Məlikov Miri Bəhmən oğlu, 1981-ci il təvəllüdlü Məlikov Rövşən Məlik oğlu və 1980-ci il təvəllüdlü Quliyev Akif Eldar oğlu Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişlər. Xəstəxanadan alınan məlumata görə, yaralıların vəziyyəti ağırdır.

Buna da bax...

İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – Video

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır. Ayaqqabı istehsalı və …